Ənənəvi satınalma xidmətlərinin ümumi növü strateji təminat və satınalma sifarişlərinin idarə edilməsidir. Tender -təkliflərin, kotirovkaların, təkliflər sorğularının, tenderlərin idarə olunması və əlaqəli proseslərin verilməsi və idarə olunması prosesinə aiddir. Satınalma xidmətinin növü layihə və fəaliyyətə görə fərqli hazırlannır, belə ki, tələb olunan işçilər və vaxt hər layihəyə görə dəyişir.
Satınalmalar və müqavilə idarəçiliyi üzrə məsləhətçi olaraq müxtəlif aspektləri üzrə geniş təcrübəyə malik peşəkar məsləhətçilərimizin köməyi ilə müvafiq xidmətlər təklif edirik. Bizim komandamız Sifarişçiyə və müvafiq işçilərinə ən yaxşı təcrübənin nədən ibarət olduğunu və ən üstün naliyyət üçün nəyi necə istifadə etməyi məsləhət görürük.
Əsas məqsədimiz tərəflərə düzgün satınalma/Müqavilə idarəetməkdə kömək və dəstək verməkdir. Satınalma/Müqavilə idarəçiliyi Layihənin planlaşdırılmasından başlayaraq layihənin bitməsinə qədər Layihə dövrünün hər addımında iştirak edir.
Biz hər zaman istənilən satınalma/Müqavilə idarəetmə fəaliyyətində dörd əsas prinsipə əməl edirik: qənaət, səmərəlilik, şəffaflıq və ədalət.
Satınalma fəaliyyətində icraçı agentliklərə dəstək olaraq, bütün tender sənədlərinin / Təkliflər sorğusunun hazırlanmasına, təkliflərin qiymətləndirilməsinə, qiymətləndirmə hesabatlarının hazırlanmasına kömək edirik.
Təchizatçı / Podratçıya dəstək verərək tələbləri detallı şəkildə yoxlayırıq, İddiaçıya düzğün və tələblərə uyğun təklif hazırlamaqda kömək göstəririk.
İşimizi yüksək səviyyədə yerinə yetirmək üçün Tərəfdaşlarımıza layihə dövrü, satınalma planlaşdırması, satınalma fəaliyyəti və müqavilə idarəetməsi kimi əlaqəli mövzularda təlim veririk.
Məxfilik bizim satınalma fəaliyyətimizin qızıl qaydasıdır. Bütün mərhələlərdə qərar qəbul etmə meyarlarımız aydın, əsaslandırılmış və obyektivdir.
